Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı

Magistral yollarda saxlanılan, nasazlıq səbəbindən hərəkətsiz qalan və ya hərəkətdə olan avtomobillərin arxadan gələn nəqliyyat vasitəsi ilə toqquşması bəzən ölümlə nəticələnir. Belə hallarda qəzanın baş verməsində öndəki avtomobilin sürücüsünün məsuliyyəti də müzakirə mövzusu olur.
Belə qəzalarda, xüsusilə ölüm halı baş verdikdə, öndəki avtomobilin sürücüsü hansı hallarda məsuliyyət daşıyır? Onun üçün hansı cəza nəzərdə tutulur?
Avtosfer.az xəbər verir ki, Demokrat.az-a bu barədə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, burada bir neçə amil nəzərə alınmalıdır:
![]()
"İlk növbədə, öndə gedən avtomobilin dayanmış vəziyyətdə olub-olmaması, yaxud hərəkətdə olması, eləcə də sürücünün bütün təhlükəsizlik tədbirlərini görüb-görməməsi vacibdir. Əgər avtomobil nasazlıq səbəbindən yolda dayanıbsa, sürücü qəza işıq siqnallarını yandırmalıdır ki, arxadan gələn nəqliyyat vasitələri bunun qəza vəziyyəti olduğunu görsün. Ən azı 30 metr məsafədən görünməsi üçün müvafiq xəbərdarlıq tədbirləri görülməlidir. Sürücü bütün bu tədbirləri yerinə yetiribsə, onun məsuliyyəti yaranmır".
Əkrəm Həsənov əks halda, şəxsin Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən məsuliyyət daşıya biləcəyini qeyd edib:
"Bu, ehtiyatsızlıqdan sağlamlığa zərər vurulması və ya ölümə səbəb olma halları ilə bağlıdır. Cəza isə hadisənin hallarından, nəticələrindən və ölən şəxslərin sayından asılı olaraq dəyişir. Belə hallarda iki ildən on ilədək məsuliyyət nəzərdə tutula bilər. Əgər öndəki avtomobil dayanmayıb, hərəkətdə olubsa, bu zaman vəziyyət fərqli qiymətləndirilir. Belə halda arxadan gələn sürücünün məsuliyyəti məsələsi gündəmə gəlir. Çünki o, hərəkət zamanı təhlükəsiz məsafə saxlamalı, diqqətli və ehtiyatlı olmalıdır".
Qeyd edək ki, ötən gecə ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman doğmaları ilə ad gününü qeyd edib evə qayıdarkən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində ağır yol qəzasına düşüb. "VOYAH" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış maşından sürücü Anar Kərimovun və sərnişin Ada Süleymanovanın meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO












