Banner

Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...

Gündəm 23 Noyabr 2026 18:54
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
WhatsApp kanalımıza abunə olun

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

Avtosfer.az xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağı xahiş edib.

O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və aparıcını özünün aparacağını deyib. A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrılandan təxminən 10-15 dəqiqə sonra onlar yüksək sürətlə qarşıda gedən DAF markalı yük avtomobilinə çırpılıblar. Hadisə nəticəsində sürücü və tanınmış aparıcı hadisə yerində dünyasını dəyişiblər (oxu.az).

***

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub.

Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar.

Xatırladaq ki, aparıcı Ada Süleyman ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtoqəzada həyatını itirib.

Faciə aparıcının ad günü məclisindən qayıdarkən baş verib.

Oxunub : 752
ŞƏRH YAZ
Ad

E-mail

Şərh