Avtomobillə təmin edilən 20 Yanvar şəhid və əlil ailəsinin sayı açıqlanıb

“2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təsis edilib. Bu Fərmana əsasən 20 Yanvar şəhidləri fəxri adı almış şəxslərin ailələri 100 manat, I dərəcə əlilliyi olanlara 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 210 məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri verilir”.
Avtosfer.az APA-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, bu təqaüdlərlə bərabər 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 110 manat aylıq müavinətlər ödənilir: “20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq sosial müavinət ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə də 93,5 manat məbləğində əlavə hesablanıb. 20 Yanvar hadisələri ilə əlaqədar Şəhid olmuş şəxslərin ödənişli əsaslarla oxuyan uşaqlarının orta ixtisas təhsil müəssisələrində, Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat və magistratura səviyyəsində, AMEA-nın magistratura səviyyəsində təhsil haqqı 2014-2015-ci il tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödənilir”.
Nazir müavini qeyd edib ki, bununla yanaşı, 20 Yanvar əlillərinin, şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və avtomobillə təmin edilməsi istiqamətində də məqsədyönlü işlər aparılır: “Nazirlik tərəfindən bugünədək 116 20 Yanvar əlil və şəhid ailəsi mənzil, 92-si isə avtomobillə təmin edilib. Xüsusilə olaraq qeyd edim ki, 2019-cu ildə 34 20 Yanvar şəhidi ailəsi mənzillə təmin olunub”.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










