AZAL endirimli biletləri satışa çıxardı, sistem çökdü

Məlum olduğu kimi, bu gün AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib.
Bu gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarə saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə yazıblar. Qeyd olunub ki, biletlərin satışa çıxarılacağı vaxtdan bir saatdan çox keçsə də, saytdan bilet almaq qeyri-mümkündür.
Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












