“Azərbaycan Dəmir Yolları”ında kütləvi ixtisarla bağlı qurumdan RƏSMİ AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində kütləvi ixtisarların başladığı iddia olunur.
Bununla bağlı Bizim.Media-ya 31 il “Azərbaycan Dəmir Yolları” QSC-də Təsərrüfat Departamentinin sədr müavini vəzifəsində çalışan, hazırda isə işdən çıxarılan Mehman Əliyev məlumat verib. Şikayətçinin bildirdiyinə görə, sədr müavini olduğu departamentin təxminən 35 nəfərinin işinə əsassız yerə xitam verilib və bu barədə işçilərin özlərinə də xəbərdarlıq edilib. İşdən kənarlaşdırılmalarına səbəb olaraq isə müqavilə müddətinin bitməsi əsas gətirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən məsələ ilə bağlı bildirilib ki, Azərbaycan Dəmir Yolları” QSC-də işçilərin və iş yerlərinin kütləvi şəkildə ixtisarı nəzərdə tutulmur:
“Hazırda strukturun optimallaşdırılması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilir, zəruri olmayan ştat vahidləri ləğv edilir və bu vahidlər üzrə yeni işçilərin qəbulu aparılmır. Hazırda əmək müqaviləsinin müddəti bitmiş əməkdaşların kvalifikasiya göstəriciləri və peşə bacarıqları yoxlanılaraq onlara Azərbaycan Dəmir Yollarının müxtəlif strukturlarında müvafiq işlər təklif olunur”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, oktyabrın 26-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Rövşən Mürvət oğlu Rüstəmov sədr təyin edilib.
Dekabrın 2-də isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












