Azərbaycanda haker qurbanlarının sayı açıqlanıb - VİDEO

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov ''Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər'' konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ötən il aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib.
Xidmət rəisinin müavini onu da əlavə edib ki, 2023-cü ildə də təhsil və tədqiqat müəssisələri ən çox kiberhücuma məruz qalan sektorlar olub. Səhiyyə sektoruna hücumlar isə əvvəlki illə müqayisədə 74 faiz artıb.
Allahverən İsmayılov onu da bildirib ki, 8,1 milyardlıq yer kürəsi əhalisinin 57, 2 faizi rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır. Onlardan 5, 44 milyard insan, yəni 68 faizi yalnız 1 mobil cihaz daşıyıcısıdır. 4,76 milyardı, yəni 59,4 faizi isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir.
Daha ətraflı videomaterialda.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












