Azərbaycanlı aktivist Rusiyanın vətəndaş cəmiyyətlərinə çağırış edib

“Şaxtalı hava, digər məhrumiyyətlər iradəmizi sarsıda bilməz. “Sülhməramlı” adı altında erməni separatizminə dəstək verən Rusiya silahlılarının komandanı Volkov etirazımızı şəxsən dinləməyənə qədər aksiyamız davam edəcək”.
Bu sözləri bu axşam Xankəndi-Ermənistan yolunda Rusiya sülhməramlılarının özbaşınalıqlarına və Azərbaycanın təbii resurslarının qanunsuz istismarına etiraz edən aktivistlərdən biri, jurnalist və ictimai fəal Niyaz Niftiyev PİA.az-a açıqlamasında deyib.
Xankəndi-Ermənistan yolundakı hazırki durumla bağlı PİA.az-ın sorğusuna cavab verən müsahibimiz bildirib ki, hava şaxtalıdır, QHT və media nümayəndələri açıq havada qalanmış ocaqla qızınırlar:
“Hazırda burda hava şaxtalıdır. Bəziləri xəstələniblər də. Lakin iradəmizi, əzmimizi nəinki şaxta, separatizmə dəstək verənlərin odlu silahı belə, qıra bilməyəcək. İki il əvvəl şaxtalı havada Şuşa qalasını düşməndən geri alan gənc əsgərlərimizin ataları, analarıyıq. O ruhu həmin əsgərə başda Müzəffər Ali Baş Komandan olmaqla, biz aşılamışdıq. İndi də o ruhun sahibləri olaraq, ata yurdumuzda ekoloji talanın qarşısını almaq üçün dinc mübarizə aparırıq”, deyə aktivist bildirib.
Niyaz Niftiyev həmçinin Rusiyanın vətəndaş cəmiyyətlərinə də çağırış edib: “Biz bu mübarizədən geri çəkilən deyilik. Rusiya həqiqətən bizə dostdursa, dost olduğu ölkənin vətəndaş cəmiyyətinə hörmətsizlik göstərməməlidir. Bundan əlavə, silahsız, sursatsız, yalnız beynəlxalq hüququn normaları ilə silahlanmış mülki cəmiyyət təmsilçilərinə qarşı bu cür davranış, əslində, tərəqqipərvər bəşəriyyətin Rusiya barədə neqativ düşüncələrini əlavə material vermiş olur. Rusiyanın ağıllı adamlarını - mülki cəmiyyət institutlarını imperialist təfəkkürdən əl çəkməyə, dinc, rifahlı gələcək naminə hakimiyyətlərinə təzyiq göstərməyə çağırırıq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












