Bakı-Gəncə-Bakı istiqamətində xəttə əlavə qatarlar buraxılacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
“Azərbaycan Dəmir Yolları”dan Avtosfer.az-a verilən məlumata görə, bayram günləri ilə əlaqədar Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq əlavə qatarlar xəttə buraxılacaq.
Qatarlar Bakıdan 30 dekabr saat 19:00-da, 31 dekabr saat 09:00-da, 3 yanvar saat 19:00-da, Gəncədən isə 31 dekabr saat 09:00-da və saat 14:30-da, 4 yanvar tarixində isə saat 09:00-da yola düşəcək.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












