Bakı metrosu: "Qış mövsümünə hazırıq"

“Bakı Metropoliteni” QSC qış mövsümünə hazırlıq prosesini yekunlaşdırıb.
Bu barədə Avtosfer.az-a qurumdan bildirilib.
Məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə hazırlıq prosesinə “Xocəsən” elektrik deposunda görülən işlər də əlavə olunub.
Güclü qar yağıntısı, şaxtalı hava şəraitində stansiyaların pilləkənlərinin qar və buzun təmizlənməsi üçün lazımi ehtiyatlar hazır vəziyyətə gətirilib, buzlaşmaya qarşı duz ehtiyatı tədarük olunub. Müxtəlif sahələrdən stansiyalara cəlb olunacaq işçi heyəti formalaşdırılıb. İşçilər təlimlərdən keçərək əlverişsiz hava şəraitində, xüsusən qar yağanda görəcəkləri işin ardıcıllığı barədə məlumatlandırılaraq, təlim-məşqlərə cəlb olunublar. Hazırda təlimatlandırma və müntəzəm yoxlamalar davam etdirilir.
Qarlı günlərdə açıq hava şəraitində qatarların hərəkətinə problemlər park yollarında yarana bilər. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqların əsası kimi qatarların xəttə vaxtında verilməsinə maneə mənbəyidir. Buna görə də elektrik depolarında qışa ən mühüm hazırlıq işləri yol təsərrüfatında aparılır və orada Qarla mübarizə qərargahının fəaliyyəti xüsusi tənzimlənir.
“Nərimanov” və “Xocəsən” depolarında Qarla mübarizə qərargahları müvafiq avadanlıq, alət və digər materiallarla təchiz edilib. Park yollarında tədbirlər görülməklə, üfürücü qurğuların yerləşdiyi yerlərə müntəzəm baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlıqların vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim nəzarətdə saxlanılır, sıradan çıxmış detallar dəyişdirilir. Hava şəraitindən asılı olmayaraq, profilaktik tədbirlər daim plan üzrə həyata keçirilir.
Yol sahələrində ştatda nəzərdə tutulmuş sayda işçilər komplektləşdirilib, bu sahələrdə ilk dəfə çalışan və belə hallarla qarşılaşmayan əməkdaşlar müxtəlif təlimatlar alaraq maarifləndiriliblər. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğunlaşdırılıb, qartəmizləmə alətləri saz vəziyyətə gətirilib.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








