Bakı polisindən azyaşlının uşaq evində döyülməsi iddialarına MÜNASİBƏT

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin rəhbərliyi tərəfindən daxil olan çoxsaylı müraciətlər əsasında 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin Avtosfer.az-a verdiyi məlumata görə, azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb.
Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib. Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktikası çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər tərəfimizdən davam etdirilir.
Azyaşlının anası Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassızdır.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












