Bakıda məktəbin qarşısında "ölüm yolu" – VİDEO

Aprelin 1-də saat 18:20-də Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı 75 ünvanında yerləşən 299 saylı orta məktəbin qarşısında yolu keçən şagirdi avtomobil vurub.
Dərsdən çıxan 6-cı sinif şagirdi Cavid Fərid oğlu Əliyevin “Toyota Prius” markalı avtomobil vurub. Qəza nəticəsində şagirdin ayaqları sınıb. Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, artıq neçənci dəfədir həmin məktəbin qarşısında şagird vurulması ilə nəticələnən yol qəzası baş verir. Bu barədə Rizvan Pirnəzərov adına 299 saylı məktəb-liseydə təhsil alan şagirdlərin valideynləri kütləvi olaraq şikayətlərində bildiriblər.
Bİldirilir ki, məktəbin qarşısında ensiz və dar yol əslində təhsil müəssisəsinə gələnlərin hərəkətini təmin etmək üçün nəzərdə tutulub. Lakin günün pik saatlarında bu yolda dəhşətli tıxac və gərgin anlar yaşanır. Bu yolda şagirdlər vurulur.
Demək olar hər gün bu ərazidə sürücülər dava salır. Yoldan ötənlər məktəbin qarşısı olmasına əhəmiyyət vermədən siqnal verirlər. Bir sözlə, yolda xaos yaşanır.
Araşdırmalar zamanı məlum oldu ki, həqiqətən də, məktəbin qarşısı səhər saatlarında biabırçı vəziyyətdə olur. Valideynlərdən əlavə, məktəb müəllimləri də gərgin vəziyyətdən narahat olduqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki, dünənki qəzanın şahidi olan məktəbin tarix müəllimi Elçin Nəzərov Baku.ws-ə bildirdi ki, demək olar hər gün bu ərazidə gərginlik müşahidə olunur: “Günün müəyyən saatlarında məktəbin qarşısında tıxac yaranır. Siqnal səsi, sürücülərin qışqırığı, ədəbsiz danışıqlar təhsil müəssəsində tədrisə mane olur. Hətta sərnişin avtobusları yollarını dəyişərək bu ərazidən keçirlər. Bununla da, yolda vəziyyət daha da pisləşir”.
Qeyd edək ki, valideynlər və məktəb müəllimləri yolun birtərəfli olmasını tələb edirlər. Əgər yol birtərəfli olarsa, vəziyyət nisbətən yaxşılaşar.
Məktəbin ibtidai sinif müəllimi Nəcibə Hacıyeva açıqlamasında bildirdi ki, sinifinin pəncərələri həmin yola baxır. “Səhərlər dərs keçmək mümkün olmur. Saat 10-a qədər dərs prosesi pozulur. Siqnal və sürücülərin qışqırığı şagirdlərin diqqətini pozur. Bundan başqa, yol uşaqlar üçün təhlükəli olur. Nəinki uşaqlar, hətta böyük şəxslər üçün də, yol keçilməz olur. Yaxşı olardı ki, həmin yoldə hərəkət birtərəfli təşkil olunsun”.

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










