Bakıda üç binanın ortasında kran qurulub: Məhəlləyə giriş-çıxış məhdudlaşıb - VİDEO

Bakının Nizami rayonunda sakinlərin öz məhəllələrinə giriş-çıxışları məhdudlaşıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Azər Manafov 8 küçəsində üç binanın yerləşdiyi məhəlləyə altı-yeddi aydır ki, kran qurğusu yerləşdirilib.
Sakinlər iddia edirlər ki, dünəndən ərazidə tikinti işlərinə başlanıb:
“Kran altı-yeddi ay olar ki, əraziyə yerləşdirilib. Problem aylardır həllini tapmır. İnsanların həyatı təhlükə altındadır. Dünən hər yeri bağlamışdılar. Maşın saxlamağa yer qalmayıb. Ağaclar tələf olub. Rəsmi icazə olduğunu, hasar çəkəcəklərini söyləyiblər”.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı aidiyyəti qurumlarla əlaqə saxlayıb.
Nizami Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən araşdırma aparıldığı bildirilib:
“Aidiyyəti şöbə bu işlə məşğuldur. Hələ ki araşdırma aparılır. Rəsmi icazə olduğu bildirilib. Hansı tikintinin aparıldığı məlum deyil”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












