Bakının gözəlləşməsini istəməyənlər... - FOTO

Bakımız gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur. Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir. Bir sözlə, paytaxt abadlaşır, yeniləşir.
Bu işlər bir Bakı sakini kimi məni və yaxınlarımı, tanışlarımı çox sevindirir. Vaxtı ilə dar və şəraitsiz həyətdəki mənzildən yeni binaya köçən insanların həyatı çox dəyişib.
Artıq xeyli vaxtdır ki, keçmiş Sovetski adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır. Lakin burada, xüsusilə də Təzə pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Həmin ərazidən keçəndə çox acınacaqlı mənzərə görünür. Ayrı-ayrı yerlərdə söküntülər arasındakı evlər müharibə dövründəki xarabalıqları xatırladır. Bu ərazidəki M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələri palçığın içindədir, piyadaları demirəm, heç maşınla keçmək mümkün deyil. Allahın evinə getməyə vətəndaşlar əziyyət çəkirlər.
Səbəb isə çox sadədir. Ərazidə qalmış evlərin sahiblərinin verilən kompensasiyalar və əlavə ödənişlərlə razılaşmaması, yalnız öz maddi maraqlarını güdərək qəzalı, köhnə daxmaların əvəzinə ağlasığmaz məbləğlər tələb etmələridir. Böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olan isə 10-15 nəfərin pul hərisliyi, öz maddi vəziyyətlərinin dövlət hesabına daha da yaxşılaşdırılması cəhdləridir.
Nəyə görə bu insanların hərisliyinə görə minlərlə insan əziyyət çəkməlidir? Dövlər qurumları niyə məsələlərə müdaxilə etmirlər? Nə vaxta kimi bu davam edəcəkdir?
Bu suallara cavabı dövlət qurumları verməlidirlər.
Emin
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO























