“Bandotdel” "Qəbələ Təndir"in sahibini saxladı - Hakim bəraət verdi

Binəqədi rayonu, M.K.Atatürk prospektində yerləşən "Qəbələ Təndir" restoranında qanunsuz qumar oyunları təşkil edildiyinə görə saxlanılan icarədəra bəraət verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən 15 iyun 2022-ci ildə, saat 01:20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində "Qəbələ Təndir” adlı restoranda qumar oyunu təşkil olunduğu müəyyənləşib. Masanın üzərində olan qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş oyun kartı aşkar edilərək götürülüb.
"Qəbələ Təndir" restoranın Rəşad adlı icarədarı saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Araşdırma zamanı məlum olub ki, Rəşad iki ilə yaxın imiş Ramin adlı şəxsdən "Qəbələ Təndir" restoranı icarəyə götürüb. Rəşad qəbələli tanışları ilə birlikdə Mobil adlı dostunun ad gününü keçirdikdən sonra əylənmək üçün "Poker” oynamağa qərar veriblər.
Dekabrın 15-də Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, Rəşad adlı şəxsin əməlində cinayət tərkibi yoxdur. Buna görə də ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. (qaynarinfo)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












