Bir sıra vəzifəli şəxslərin nəqliyyat xərclərinin hesablanması qaydası dəyişib

Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri, Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavinləri, Konstitisya Məhkəməsinin hakimləri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Audiovizual Şurasının sədrləri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısına xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 (bir) günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödəniləcək.
Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edib.
Həmin şəxslərə və Azərbaycan Respublikası xarici işlər nazirinin müavinlərinə, fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışan şəxslərə, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin (Baş konsulluqlar daxil olmaqla) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən rəhbərlərinə, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərlərinin müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinə ezamiyyətə getdiyi zaman fasiləsiz uçuş müddəti 5 (beş) saatdan artıq olduğu aviareyslər üzrə nəqliyyat xərcləri “biznes klass” tarifləri ilə ödəniləcək. Bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl bu şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilib. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilib.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










