Bizə avtomobil sürməyi görün kimlər öyrədirmiş - Qəzalar buna görə artır - VİDEO

İnternetdə sürücülük öyrənmək üçün kurs axtaranda qarşına çox sayda təlimçi reklamı çıxır. Elə yollarda da üzərində “sürücülük təlimi” yazılmış avtomobillər en qədərdir. Bəs təlimçi ola bilmək üçün hansı şərtlər var? Ümumiyyətlə, bu sahədə fəaliyyət göstərmək üçün nələr tələb olunur? Bu təlimçilərin peşəkar olub-olmadıqlarını necə bilək?
Təlimçi Adil Nəbiyev bəzi həmkarlarının təlimə ehtiyacı olduğunu etiraf edir: “Təlimçilərin heç bir sağlamlığı,psixoloji vəziyyəti yoxlanılmır. Avtomobiliniz varsa gedib hansısa sürücülük kursu ilə müqavilə bağlayırsız. Daha sonra bu müqaviləni Respublika Dövlət yol polisi idarəsinin texniki şöbəsindən icazə alınır. Maşın pedallarla və nişanlarla təchiz olunur. Daha sonra texpasportda yazılır xüsusi təyinatlı təlim avtomobili.Ancaq gərək gördüyümüz işi vicdanla görək. Burada başlayır ucuz reklamlar eləməyə guya 1-2 dəfə təlimə qoşulmaqla artıq sərbəst avtomobil idarə etmək mümkündür. Bu qeyri-mümkündür.Proqramda da qeyd olunub ki sürücü ən azı 70 saat avtomobil idarə edəndən sonra normal avtomobil idarə edə bilər”.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov isə bəzi həmkarlarının bu işə sırf gəlir mənbəyi kimi baxdığı üçün yekunda heç bir nəticə olmadığını deyir: “Bəzi müəllimlər çox soyuqqanlı yanaşırlar tələbələrə, nəticəni gözləmirlər. Sosial şəbəkələrdə görürəm müəllim təlim keçə-keçə tik tok” da canlı yayım açıb, suallara cavab verir. Bu cür məsuliyyətsizlik olmaz. Əvvəlki illərdə “Hərbi Vətənpərvərlik” adında bir cəmiyyət var idi. Biz o cəmiyyətin yetirmələriyik. O vaxt müəllimlər xüsusi sertifikatlaşmadan keçirdilər, amma indi qaydalar deyir ki, 5 il təcrübəsi olan adam təlim keçə bilər. Tələbəyə yüzlərlə sirr öyrədilməlidir, bunun üçün də müəllimin özü o sirləri bilməlidir”.
Sürücülük kurslarından isə bildirildi ki, avtomobil təlimə hazır vəziyyətdədirsə, qaydalar çox sadədir. Amma öncə Baş Dövlət yol Polisi tərəfindən avtomobilə baxış keçirilməlidir.
Nəqliyyat eksperti Rövşən Həsənov isə qəzaların əsas səbəbini peşəkar təlimçilərinin olmamasında görürür. Ekspert deyir ki, bu gün təlimçilər heç bir sürücülük vərdişi olmayan şəxslərə təlimi məhz magistral yollarda keçir: “Sükan arxasında peşəkar təlimçi olmalıdır ki, baş verə biləcək qəzaların qarşısı alınsın. Bəli, aralarında barmaqla sayılacaq qədər xanım təlimçilər var, amma bu barmaqla sayılacaq qədərdir. Ən pis hal isə kustar üsulla pedallarda dəyişikliyin aparılmasıdır. Düşünürəm ki, bu müəyyən standartlara uyğun olmalıdır”.
Qiymətlərə, endirimlərə aldanıb həyatımızı işbilməzlərə təslim etməyək. Əks halda sabah həmin şəxslər həm özünün, həm də başqalarının həyatına təhlükə yaradacaq. Necə ki, yaradırlar. (APA TV)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












