“BTQ Asiya-Avropa yükdaşımalarının vaxtını kəskin şəkildə qısaldacaq”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Asiya ilə Avropa arasında yükdaşıma müddətini kəskin şəkildə qısaldacaq.
APA xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili parlamentin “nazir saatı” formatında çıxışı zamanı deyib.
O, bildirib ki, Gürcüstan dəmir yollarının, eləcə də BTQ-in Gürcüstan ərazisindən keçən hissəsinin modernizasiya işlərinin bu il tamamlanması planlaşdırılır.
Levan Davitaşvili “Orta Dəhliz” vasitəsilə yükdaşımaların son üç ildə 11 faizədək artdığını qeyd edib.
O, dəhlizin rəqəmsallaşdırılması istiqamətində tərəfdaş ölkələrlə işlərin davam etdirildiyini, bunun yükdaşımaların səmərəliliyinin artırılmasına hesablandığını qeyd edib.
Nazir Qara dəniz sualtı elektrik kabeli layihəsi üzrə işlərin davam etdirildiyini qeyd edib.
O, layihənin texniki-iqtisadi əsaslandırması üzrə işlərin bu il başa çatdırılacağını bildirib.
Levan Davitaşvili Gürcüstanda aparılan qazlaşdırma layihələri sayəsində ölkə əhalisinin 94 faizinin bu yanacaqla təmin ediləcəyini vurğulayıb.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












