Bu yolda qanunsuz sərnişindaşıma fəaliyyətinə nəzarət icra olunmur? - AÇIQLAMA + FOTO

Sumqayıt-Bakı və əks istiqamətdə qanunsuz sərnişin daşıyan avtobuslar barədə mütəmadi şikayətlər paylaşılır. Onlar barədə hər dəfə yazılır, danışılır, amma bir tədbir görülmür. Bu sərnişindaşımalarda sürücülərin böyük əksəriyyəti “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozmaqla sərnişinlərin həyatını riskə atırlar.
Son günlər taksi fəaliyyəti ilə bağlı təyin edilən yeni qaydaların əks olunduğu qərar qüvvəyə minib və tədbirlər (təlimlər, sertifikat, buraxılış kartları və s.) görülür. Bəs bu qanunsuz sərnişindaşıma fəaliyyətinin aqibəti necə olacaq?
Ya qanuniləşdirilməlidir, yəni hansısa formada nəzarət mexanizmi tərtib edilməlidir, ya da qarşısı alınmalıdır. Onları da taksi fəaliyyəti kimi müvafiq təlimlərə cəlb etmək olmaz?
Yəni Sumqayıt şəhəri daxilindən, avtovağzal və yolboyu Xırdalan, Masazır dairəsindən sərnişinləri yığıb “20 Yanvar” dairəsinə çatdıran qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri zaman-zaman cərimələnsələr də, bu, effektiv olmur.
Bu problemdən çıxış yolu nədir?
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Oxu.az-a açıqlamasında bildirib ki, ötən il “Avtomobil Nəqliyyatı Haqqında” Qanuna da dəyişiklik edilib və ona əsasən, istər sərnişin, istərsə də yükdaşımalarına yeni tələblər qoyulub:
“O tələbləri yerinə yetirən sürücülərə buraxılış kartları veriləcək. İstər sərnişin daşıyan “Ford” markalı nəqliyyat vasitələri olsun, istərsə də TIR yük maşınları, hər birinə müvafiq tələblər var. Təbii ki, bu qərar yanvar ayının 1-dən artıq qüvvəyə minib. Lakin təəssüf ki, hazırda icrası təmin edilməyib. Çünki nəqliyyat vasitələri texniki baxış üçün müqavilələr bağlamalı idi, klinikalarla müqavilə bağlayıb gündəlik sağlamlıq arayışları almalı idilər. Bundan başqa bir neçə tələblər var idi, sadəcə icraat yoxdur”.
Y.Mustafayev onu da qeyd edib ki, qanunsuz sərnişindaşımaya görə cərimələr də var:
“Bu sahədə çalışan adamlar başa düşməlidirlər ki, gec-tez bu tələblərə riayət etməli, sənədləri düzəltməlidirlər. Nəqliyyat vasitələrinin texniki parametrlərini tələblərə uyğunlaşdırmalıdırlar. Düzdür, iyulun 1-ə qədər hələ çox vaxt var, amma həmin vaxta qədər hər şeyi qaydalara uyğun etməsələr, cərimələr tətbiq ediləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












