Cəlilabad polisi narkoticlərə qarşı əməliyyat tədbirlərini davam etdirir - FOTO

Qanunsuz dövriyyədən 16 kiloqrama yaxın narkotik vasitə heroin və metamfetamin çıxarılıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan dəstə üzvlərinə qarşı əməliyyat tədbirləri uğurla davam etdirilir.
Belə ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Əməliyyat zamanı Göytəpə şəhər sakinləri Abdulla Zeynalov, Gündüz Məmmədov və Şakir İsmayılov tutulublar. A.Zeynalovun üzərində şəxsi axtarış aparılan zaman 3,390 qram narkotik vasitə heroin, G.Məmmədovdan 3 kiloqram 350 qram heroin, Ş.İsmayılovun üzərindən isə ümumi çəkisi 1,364 qram olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq dəstə üzvü Ş.İsmayılovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə saxladığı məlum olub. Onun rayon ərazisindəki evinə baxış zamanı əlavə olaraq satış üçün əldə etdiyi 4 ədəd bağlamaq qablaşdırılan ümumi çəkisin 2 kiloqram 565 qram heroin aşkar olunaraq götürülüb.
Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Göytəpə şəhər sakini Aftandil Ağayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman cibindən 29 büküm ümümi çəkisi 7,461 qram olan narkotik vasitə heroin aşkar olunub. Əməliyyat –axtarış tədbirlərinin davamı olaraq A.Ağayevin evinə baxış zamanı əlavə olaraq 2 ədəd bağlama təmiz çəkisi 2 kiloqram 200 qram olan heroin və 40 ədəd bükümdə ümumi çəkisi 2,43 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən cari ilin yanvar ayı ərzində ayrı-ayrı şəxslərdən ümumilikdə güclü təsirə malik 16 kiloqrama yaxın narkotik vasitə heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
















