Corc Dik: “ Təhlükənin qarşısını almaq üçün Azərbaycanı gücləndirmək istiqamətində hər şeyi edəcəyik”

“Təbii ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır, ona görə də biz buna ciddi yanaşırıq. Biz “strateji” sözünü heç bir ölkə üçün boş yerə işlətmirik”.
Bunu apa-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Diplomat bildirib ki, bu mənada ölkələr arasında tərəfdaşlıq dərindir və müxtəlif sahələri əhatə edir:
“Bu sahələrdən biri təhlükəsizlikdir və bizim Qarabağ məsələsi ilə bağlı da mövqeyimiz çox aydın olub - biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Onu da anlayırıq ki, Azərbaycan ona hədə-qorxu gəlməkdən çəkinməyən qonşularla, özünün müstəqilliyinə və ya ərazi bütövlüyünə açıq və ya üstüörtülü təhdidlər səsləndirən ölkələrlə çətin bir qonşuluqda yaşayır. Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.
Səfir bir neçə ay əvvəl İsrailin müdafiə naziri Benni Qantzın Azərbaycana gözlənilməz səfərindən danışıb:
“Cənab Qantzın səfərinin məqsədinə gəlincə, sizə deyə bilərəm ki, adətən, müdafiə nazirlərinin səfərləri media üçün sürpriz olur. Çünki nazirlərimiz səfər edərkən bunu şou üçün, sırf manşet üçün etmirlər, müzakirə olunacaq çox məqam var. Səfərin əsl məqsədi əməkdaşlığımızın mahiyyəti barədə müzakirələr aparmaqdan ibarət idi. Təəssüf ki, bu cür məsələlər barədə açıq danışa bilmərəm, amma sizə deyə bilərəm ki, İsraildə ümumi seçkilərə bir neçə gün qalmış hər hansı bir siyasətçinin seçki kampaniyasını tərk edib xarici ölkəyə getməsi çox çətindir. Müdafiə naziri bunu edirsə, deməli, bu, onun üçün və ölkələrimiz üçün çox vacib idi”.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








