“Dəmirli” yatağında törədilən barbarlığın sübutları - VİDEO

"Dəmirli" dağ-mədən kompleksinin tikintisi zamanı onun yerləşdiyi 850 hektardan artıq ərazidəki Qarabağ meşələrinin ən gözəl nümunələrinin yer aldığı 82 hektara yaxın meşə örtüyü məhv edilib.
Baş verən bu ekoloji faciə və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması dünya ictimaiyyətindən ustalıqla gizlədilib.
Xezerxeber.az-ın məlumatına görə, bunu Strateji Kommunikasiya Mərkəzinin tədqiqatçısı Səbuhi Hüseynov deyib.
Onun sözlərinə görə, aparılan araşdırmaya əsasən, "Dəmirli" mədən yatağının işlənməsinə "Base Metals" şirkəti tərəfindən 2012-ci ildə başlanıb. İlkin dövrdə əldə olunan mis-molibden filizi “Qızılbulaq” mədənində yerləşən zənginləşdirmə zavoduna aparılaraq orada emal edilib. 2014-cü ilin aprelindən "Dəmirli" dağ-mədən kompleksinin tikinti işləri start götürüb.
Tədqiqatçı bildirib ki, hətta "Global Forest Watch" təşkilatına məxsus monitorinq sistemi bu ekoloji faciənin baş verməsini nədənsə, sadəcə, üç hektar meşə örtüyünün itirilməsi kimi göstərməkdədir.
Qanunsuz fəaliyyət zamanı öz işlərinə hüquqi don geyindirməyə cəhd edən şirkət rəhbərləri və Ermənistanın siyasi dairələri isə işğal dövründə dövrdə ərazinin istismarı zamanı heç bir ekoloji fəsadların meydana gəlməyəcəyini bildirirdilər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












