"Dörd kənd beş gündən sonra Azərbaycana qaytarılır" - VİDEO

"Tavuş bölgəsində böyük narazılıq var. Dörd kənd Azərbaycana qaytarılır. Beş gün sonra olanları görəcəksiniz".
Bu barədə ermənistanlı jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında paylaşım edib.
Ermənistanın əsas media orqanlarından biri hesab olunan “Aravot” qəzetinin əməkdaşı paylaşımında qeyd edib ki, Tavuşda torpaqların Azərbaycana verilməsinə qarşı böyük ictimai hərəkat formalaşır. “Hazırda hazırlıq prosesi 5 günə yekunlaşacaq təşkilati işlər gedir. İndi bu barədə ətraflı yazmıram. Çünki hakimiyyət prosesin qarşısını ala bilər”- yazan Voskan Sarkisyan revanşist qüvvələri meydana dəvət edib.
Mövzuya münasibət bildirən siyasi şərhçi Zaur Məmmədov deyib ki, vəziyyətin gərginləşməsində maraqlı olan təkcə Ermənistan daxilindəki qüvvələr deyil. Onlar bu kimi məlumatları tirajlayaraq Ermənistan əhalisini mitinqlərə çıxarmağa nail olmaq istəyirlər. Bunun üçün isə saxta məlumatlardan istifadə edirlər.
Xatırladaq ki, ermənistanlı jurnalist bundan əvvəl də bir neçə dəfə təxribat xarakterli məlumatlar paylaşıb.
Ətraflı videomaterialda:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












