Elçin Babayev Ramiz Mehdiyevin tapşırığı ilə Çexiyada Eldar Həsənovla görüşübmüş

Bakı Dövlət Universitetinin sabiq rektoru Elçin Babayevlə bağlı sensasion fakt üzə çıxıb.
Belə ki, 2019-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə universitetin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində yubiley tədbiri keçirilib, Elçin Babayev də mərasimdə çıxış edib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Elçin Babayev Vyanada olarkən planlaşdırılmamış Çexiyaya səfər edərək həmin vaxt Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, hazırda isə həbsdə olan Eldar Həsənovla qapalı görüş keçirib.
Maraqlısı ondadır ki, bu görüş təsadüfi xarakter daşımayıb və Elçin Babayev Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda dövlətə xəyanət maddəsi üzrə ittiham olunan Ramiz Mehdiyevin tapşırığı əsasında Eldar Həsənovla görüşüb.
Qeyd edək ki, Elçin Babayevin məhz Ramiz Mehdiyevin kadrı olduğu, onun sayəsində BDU rektoru vəzifəsinə təyin edildiyi bildirilir. O, 19 noyabr 2026-cı il tarixində işdən çıxarılıb.
Xatırladaq ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.
Ötən ay çıxarılan hökmlə R.Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












