DSX-nın hərbi qulluqçusu dəfn edildi - FOTO

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, İmişli rayonunun Aranlı kəndindən olan əsgər Ələkbərli Miran Qamət oğlu ilə vida mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, mərasimdə əsgərimizin doğmaları ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin, İmişli Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, xidmət keçdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyəti iştirak edib.
Əsgərimizin cənazəsi doğulduğu Aranlı kənd qəbiristanlığında yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər düzülüb.
Azərbaycanın dövlət bayrağı ailəsinə təqdim edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, dekabrın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.
Hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












