“Əcəmi”də qurumuş ağac avtomobilin üstünə aşdı - Sakinlər ŞİKAYƏTÇİDİR - Rəsmi açıqlama - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarında Nəsimi rayonu Asif Məhərrəmov küçəsində irigövdəli ağac maşının üzərinə aşıb. Bu barədə Avtosfer.az-a izləyicilərdən biri məlumat göndərib. Güclü külək nəticəsində kökündən qopan ağac park edilmiş 90-XA-782 dövlət nömrə nişanlı “KIA Cerato” markalı avtomobilə maddi ziyan vurub.
Şikayətçinin sözlərinə görə, ərazidə kifayət qədər qurumuş, çürük halda olan ağaclar var və küləkli hava şəraitində onlar xüsusilə təhlükə saçırlar. Problemlə bağlı dəfələrlə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etdiklərini bildirən sakin qurumun ağacları kəsməyə icazə vermədiyini iddia edib. Nəticə isə göz önündədir. Şikayətçinin də dediyi kimi belə olan halda avtomobilə dəymiş zərəri kim ödəyəcək?
Məsələylə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Avtosfer.az-a açıqlama verib. O bildirib ki, qurumuş, təhlükəli və qəzalı vəziyyətdə olan ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir. Onlar da öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli və rəy almalıdır. "Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən ağacların götürülməsi təmin edilir.
Bu məqam da unudulmamalıdır ki, götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir".
Elnur Ağayev ağacların aşması nəticəsində dəyən zərərə görə kimin məsuliyyət daşıdığına da rəy bildirib.
"Fövqəladə hallar istisna olmaqla, üzərində ağacın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçiləri. Belə ki, həmin mülkiyyətçilər mütəmadi olaraq ağacların vəziyyətini yoxlamalı, aqro-texniki qulluq göstərməli, gövdə ətrafı bərkitmə işləri aparmalıdır. Çünki ağac 1 həftəyə, 1 aya qurumur, odur ki, mütəmadi aqrotexniki qulluq göstərilməsi sayəsində həm yaşıllıqların ömrünü uzatmaq, həm də onları təhlükəsiz vəziyyətə gətirmək olar".
Nərmin
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










