Banner

Əliyevlə görüş üçün Bakıya gəldi: Mühüm hadisə olacaq

Gündəm 23 Noyabr 2026 13:06
Əliyevlə görüş üçün Bakıya gəldi: Mühüm hadisə olacaq
WhatsApp kanalımıza abunə olun

Prezident İlham Əliyevin ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullinlə görüşü Rusiya mediasında mühüm səfər kimi təqdim edilib.

Avtosfer.az globalinfo.az-a istinadən xəbər verir ki, Rusiyanın “Qazeta”, “Lenta” və başqa nəşrləri Mullinin səfərinin TRIPP marşrutunun (Zəngəzur dəhlizi – red.) açılacağı ərəfəsində baş tutmasına diqqət çəkib.

Bildirilib ki, görüş zamanı İlham Əliyev ABŞ Prezidenti Donald Trampın regionda sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.

Tərəflər həmçinin TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsinin əhəmiyyətinə toxunublar. ABŞ-ın daxili təhlükəsizlik naziri dəhlizin tam fəaliyyətə başlamasının Azərbaycanla Ermənistan arasında, eləcə də regionda nəqliyyat bağlantılarının və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin rəsmi icrasına noyabrın 23-də start veriləcəyini açıqlayıb.

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh