Tanınmış bloger atasına yazılmış cəriməyə görə DYP-yə təşəkkür etdi - VİDEO

Tanınmış bloger Şükran Soltanov atasının inzibati qaydada cərimələnməsi ilə DYP-yə təşəkkürünü bildirib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"50 AZN-lik radar cəriməsi, amma mənim üçün milyonlarla dəyəri olan bir foto...
Bu gün DYP-dən mənə 50 AZN-lik radar cəriməsi ilə birlikdə həyatımın ən dəyərli şəkillərindən biri gəldi.
Şəkildə atam sükan arxasında, anam isə yanında əyləşib.
Bu şəkilə görə DYP əməkdaşlarına ürəkdən təşəkkür edirəm. Bəlkə də siz sadəcə qayda pozuntusunu qeydə almısınız, amma bilmədən mənə pulla alınmayacaq, heç bir qiymətlə ölçülməyəcək bir xatirə bəxş etmisiniz.
Bilirsiniz, insan həyatda çox şeyin arzusunda olur.
Daha gözəl ev, daha bahalı avtomobil, daha böyük uğurlar, daha çox pul. Amma bir gün anlayırsan ki, bütün bunların heç biri ata-ananın yan-yana, sağlam, bir-birinin yanında olduğu mənzərədən qiymətli deyil.
Bu şəkilə baxanda ürəyimdən yalnız bir şey keçir: Allahım, bu mənzərəni bizə çox görmə. Qoy hər zaman belə yan-yana olsunlar. Qoy biz də hər dəfə onları belə görüb sevinək.
Əgər sizin də belə şəkilləriniz, belə mənzərələriniz varsa, bilin ki, siz dünyanın ən zəngin insanısınız".
Fərid

Bu yolda cərimələnə bilərsiniz: Yol nişanları dəyişdirilib - VİDEO
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
Əks yoldan gələn skuter sürücüsü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO
Qəfil sola manevr edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər - VİDEO












