Banner

İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib

Gündəm 22 Noyabr 2026 17:16
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib.

Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Oxunub : 88
ŞƏRH YAZ
Ad

E-mail

Şərh