Əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişdi

Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: "Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır".
Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əməkhaqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdiriləcək.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












