Ərdoğanla Putin arasında telefon danışığı: taxıl dəhlizi və terrorla mübarizə müzakirə edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə prezidentinin administrasiyasından məlumat verilib.
Söhbət zamanı ikitərəfli münasibətlər, xüsusilə enerji məsələləri müzakirə edilib, taxıl dəhlizi və terrorla mübarizə başda olmaqla regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan 13 milyon tondan çox taxılın ehtiyacı olanlara birgə səylərlə çatdırılmasını təmin etdiklərini bildirib. O, vurğulayıb ki, taxıl dəhlizi çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların da ixracı üzərində işə başlanıla bilər.
Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasındakı müharibənin dərhal bitməsini də səmimi şəkildə arzuladığını dilə gətirib.
PKK/YPG/PYD-nin Suriyanın şimalında separatçı fəaliyyətlərinin və Türkiyəni hədəf alan terror hücumlarının davam etdiyinə diqqət çəkən Ərdoğan 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, sərhəd boyu terrorçuların ən az 30 kilomet dərinliyinə qədər təmizlənməsinin vacib və əhəmiyyətli olduğunu qeyd edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












