Ermənilər eko-fəalların Laçın yolunda aksiyası barədə yalan xəbərlər yayır

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiyanı davam etdirir.
Avtosfer.az xəbər verir ki, aksiya iştirakçılar ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb.
Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir, yoldan təcili yardım maşınları, mülki şəxslər sərbəst keçə bilər.
Yolu məhz Rusiya sülhməramlıları bağlayıblar.
Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələrinin tələbləri, istəkləri aydın, tamamilə qeyri-siyasi mahiyyətlidir.
Azərbaycan ictimaiyyəti bu yoldan və ümumiyyətlə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yerlərdən məhz qanunsuz yükdaşımalara, hələ də ərazidən qovulmamış Ermənistan ordusunun tör-töküntülərinə, qanunsuz silahlı dəstələrinə, onlarla əlbir şəkildə Azərbaycanın təbii sərvətlərini talayanlara, qanunsuz istismarla məşğul olanlara qarşıdır.
Azərbaycan dövləti və ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı, suveren ərazisində baş verən özbaşınalıqlara göz yummayacaq.
Üzərilərinə düşən öhdəliyi pozanlar və təbii reaksiyadan şou yaradanlar məhz ifşa olunduqları üçün müxtəlif feyk məlumatlar yaymaqla məsuliyyətdən yayınacaqlarını, mövzunu dəyişdirə biləcəklərini düşünürlər.
Bu cəhdlərin hamısı əbəsdir.
Azərbaycan ictimaiyyəti qəti mövqeyini ifadə edib.
Azərbaycanın dövlət qurumlarının monitorinq qrupunun ərazidə işləməsinə tam şərait yaradılmalıdır.
apa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












