FHN-in Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışı olub - VİDEO

Fövqəladə hallar naziri general-polkonvik Kəmaləddin Heydərov aprelin 4-də Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzinin açılışında iştirak edib.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, açılış tədbirində baş idarənin rəisi Elçin İbrahimov mərkəzlər haqqında geniş məlumat verib. O, bildirib ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş Kibertəhlükəsizlik əməliyyatları və Rabitə mərkəzləri qabaqcıl təcrübələrə əsaslanmaqla qurulub.
Kibertəhlükəsizlik əməliyyatları mərkəzində Fövqəladə Hallar Nazirliyinin informasiya texnologiyaları infrastrukturunda olan bütün informasiya texnologiyaları avadanlıqlarının təhlükəsizliyi təmin olunacaq. Mərkəz daxilində bu prosesin icrası iki mexanizmdə paralel şəkildə həyata keçiriləcək. Hücum mexanizmində təcrübəli mütəxəssislər tərəfindən informasiya texnologiyaları infrastrukturuna hücum simulyasiyaları təşkil olunur. Hücum simulyasiyası nəticəsində sızma və ya müdaxilə cəhdləri uğurlu olarsa, bu barədə müvafiq hesabatlar tərtib edilir və aşkarlanmış təhlükəsizlik boşluqları haqqında qabaqlayıcı tədbirlər görülməsi üçün müvafiq şöbələr təlimatlandırılır. Müdafiə mexanizmində isə xarici və daxili şəbəkə sorğuları, həmçinin informasiya texnologiyaları infrastrukturundakı hər bir texnoloji proses vahid mərkəzdən monitorinq olunur. Bu zaman hər bir insident xəbərdarlığı əsasında yaranan təhlükənin qarşısı operativ şəkildə alınır və başvermə səbəbi araşdırılaraq müvafiq qabaqlayıcı silsilə tədbirlər təşkil olunur.
Rabitə mərkəzində monitorinq sistemləri vasitəsilə telekommunikasiya şəbəkəsi, Nazirliyin struktur bölmələrində, həmçinin yerli telekommunikasiya qovşaqlarında quraşdırılmış şəbəkə və rabitə avadanlıqları real vaxt rejimində monitorinq olunacaq. Monitorinq sistemlərinin köməyi ilə avadanlıqlarda yaranmış problemlər haqqında real vaxt rejimində xəbərdarlıq və operativ müdaxilə mexanizmi tətbiq ediləcək. Rabitə mərkəzində ən müasir texnoloji təchizata malik rabitə avadanlıqlarının təmiri laboratoriyası da fəaliyyət göstərəcək. Burada qabaqcıl təcrübələrə yiyələnmiş mütəxəssislər tərəfindən nasaz rabitə vasitələrinin diaqnostikası aparılacaq və təmir işləri həyata keçiriləcək. Həmçinin, Rabitə mərkəzində Nazirliyin daxili telefon şəbəkəsi, Elektron Avtomat Telefon Stansiyası (EATS) və telekkommunikasiya şəbəkələri avadanlıqlarına nəzarət və xidmət göstəriləcək.
Nazir Kəmaləddin Heydərov Kibertəhlükəsizlik əməliyyatları mərkəzi və Rabitə mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib və bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin maddi-texniki təchizatının daim yüksək səviyyədə saxlanılmasına göstərdiyi diqqət və qayğının növbəti nümunəsi adlandırıb.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












