“Formula-1”in dörd il ərzində Azərbaycana qazandırdığı gəlir açıqlandı

“Formula-1” yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən “Formula-1” yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə faydalı olub.
Belə ki, bu dörd yarışdan sonra Azərbaycana 506,3 milyon dollar gəlir götürüb. Bunlardan 300,6 milyon dollar birbaşa (turizm, hotel, nəqliyyat, bilet satışı və s.), 205,7 milyon dollar dolayı yolla qazanılmış gəlirdir.
2019-cu ildə KİV-də Azərbaycan Qran-Prisi ümumilikdə 90,2 milyon televiziya tamaşaçısı tərəfindən izlənilib. Bu isə 2018-ci illə müqayisədə, 10 faiz artım deməkdir. Belə ki, 2018-də bu göstərici 82,3 milyon olub.
Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











