Gecədən sübhədək soyuq duş: Yağışa təslim olan Bakı - VİDEO - FOTO

Bir neçə saat ərzində Bakıda yollar yağış sularından keçilməz hala gəlib. Paytaxtın müxtəlif küçə və prospektlərində su dizə qədər qalxıb. Venesiya küçələrindən fərqli olaraq, Bakı sakinləri qayıqdan istifadə etmədiklərindən iş-gücə tələsənlər yubanmalı olublar.
PhotoStock.Az yağışın Bakıda yaratdığı mənzərələri görüntüləyib.
Fotoları təqdim edirik:
***
Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.
Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb.
Eyni vəziyyət metronun “Nizami” stansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar.
Həmçinin “Qış parkı”nın yaxınlığındakı yeraltı keçidi də su basıb. Səhər saatlarında keçidə dolmuş suyu çəkmək üçün bir neçə su nasosu gətirilib və su çəkilərək yeraltı keçiddə hərəkət bərpa edilib. (oxu.az)
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT












