Gəncədə "Sampo-Roselew" markalı kombaynlar yığılacaq

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə "Report"un Qərb Mərkəzinə zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib.
Onun sözlərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə "Sampo-Roselew" markalı kombaynlar yığılacaq. Bu ilin mart ayının əvvəlində yığım xəttinin istifadəyə verilməsi nəzərdə tutulub.
“Bildiyiniz kimi "Sampo" firmasının müxtəlif model kombaynları Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində bu kombaynlar yüksək texniki göstəriciləri ilə yerli fermerlərin istifadəsindədir və rəğbətlə qarşılanır. "Gəncə Avtomobil Zavodu" "Sampo" kombaynlarının yığılması ilə bərabər onun Azərbaycan bazarında satışını, eləcə də satışdan sonrakı xidmətlərini həyata keçirəcək. Kombaynların həm də yaxın ölkələrə ixracı planlaşdırır”, - deyə X.Fətiyev əlavə edib. Onun sözlərinə görə, ixracla bağlı həm İB-nin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib. “Biz "Sampo" şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş "Caspian Agro" 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və böyük marağa səbəb olub. Biz "Sampo" kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq”, - X.Fətiyev bildirib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












