Gənclər və İdman Nazirliyinin strukturu təkmilləşdirildi - SƏRƏNCAM

Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılıb.
Eyni zamanda Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:
- Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi;
- Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon gənclər və idman idarələrinin əsasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi;
- Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Naftalan şəhər, Daşkəsən, Göygöl, Goranboy və Samux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsi;
- Xankəndi şəhər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon gənclər və idman idarələrinin əsasında Qarabağ Regional Gənclər və İdman İdarəsi;
- Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayon gənclər və idman idarələrinin əsasında Qazax−Tovuz Regional Gənclər və İdman İdarəsi;
- Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında Quba−Xaçmaz Regional Gənclər və İdman İdarəsi;
- Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon gənclər və idman idarələrinin əsasında Lənkəran−Astara Regional Gənclər və İdman İdarəsi;
- Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon gənclər və idman idarələrinin əsasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi;
- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon gənclər və idman idarələrinin əsasında Mil−Muğan Regional Gənclər və İdman İdarəsi;
- Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon gənclər və idman idarələrinin əsasında Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsi;
- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi;
- Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon gənclər və idman idarələrinin əsasında Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi.
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










