Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətləri açıqladı

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə 2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstərmişdirlər.
“Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirmişdirlər. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərmişdirlər.
Ümumilikdə isə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.
Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












