İran əhalisi Molla rejimindən qurtulmaq üçün öz sözünü deməlidir – Ədalət Verdiyev

Bu gün səhər saatlarında İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən PUA-ları Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücumlar həyata keçirilib. Məsələ ilə bağlı Müdafiə Nazirliyi yaydığı açıqlamada bildirib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".
Mövzu ilə əlaqədar hərbi ekspert Ədalət Verdiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, məhv olmaqda olan Molla rejimi Azərbaycanı münaqişə cəlb etmək üçün əlindən gələni edir. Azərbaycan bu münaqişədə heç bir halda yer almayıb, amma ölkəmizi münaqişəyə cəlb etmək üçün İran əlindən gələni edir.
.jpg)
Naxçıvan Beynəlxalq Hava limanının vurulması Azərbaycanın əsas hissəsilə Naxçıvanın yeganə hava yolu əlaqəsini məhdudlaşdırmaq məqsədə daşıyıb. Belə ləyəqətsiz addımların atılması İranda yaşayan soydaşlarımız tərəfindən də müsbət qarşılanmayacaq. Onlar da artıq bu Molla rejimindən qurtulmaq üçün öz sözlərini deməlidirlər.
40 milyonluq xalqımız artıq ayağa qaxmalıdır. Əks halda, bu Molla rejimi həm İranın öz vətəndaşlarına, həm də ətrafına böyük təhlükələr vəd edir”.
Səfər
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO










