İran ukraynalıların cəsədlərini Kiyevə təhvil verməyə hazırdır

İranın Xarici İşlər naziri Zavad Zərif Ukraynanın xarici işlər naziri Vadim Pristayko ilə telefon danışığında Tehranın “Boeing” qəzasında həlak olan ukraynalıların cəsədlərini Kiyevə təhvil verməyə hazır olduğunu və eyni zamanda qara qutunun deşifrə edilməsində ukraynalı mütəxəssislərin köməyini qəbul edəcəyini söyləyib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib. “Söhbət əsnasında Cavad Zərif İranın Ukrayna vətəndaşlarının cəsədlərini təhvil verməyə və bu ölkənin mütəxəssislərinə qara qutunun açılmasında iştirak etməyə icazə verməyə hazır olduğunu açıqlayıb”, - deyə bildirilib. V.Pristayko öz növbəsində, əməkdaşlığa və ölkəsinə məxsus təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.
Qeyd ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












