İntim videoları yayılan polkovnik FHN generalının qohumu imiş

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevlə bağlı bir sıra detallar üzə çıxıb.
Avtosfer.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun yaxın qohumudur. Belə ki, Z.Mirzəyev Xidmət rəisinin əmisi qızı ilə evlidir. Füzuli Əsədovun köməkçisi vəzifəsində işləyən polkovnik qohumluq əlaqələrindən istifadə edərək idarədə işçilər arasında öz nüfuzunu aşkar surətdə nümayiş etdirib. Xidmət rəisi ilə qohumluq münasibətlərinə görə hər kəs Zaur Mirzəyevdən çəkinib.
Zaur Mirzəyev 2007-ci ildən sözügedən vəzifəni icra edib və daxili xidmət polkovniki rütbəsini daşıyıb. İşi xidmət rəisinin tapşırıqlarını yerinə yetirmək və verdiyi tapşırıqları əməkdaşlara çatdırmaqdan ibarət olub.
Hazırda o, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə təqsirli bilinir. Zaur Mirzəyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Xatırladaq ki, Füzuli Əsədov keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












