İşğaldan azad edilmiş ərazilərdə elektromobillər üçün infrastruktur yaradıla bilər - FOTO

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 6-cı iclası keçirilib.
Avtosfer.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, İşçi Qrupun sədri, nazir Pərviz Şahbazov Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" həllərinin tətbiqi istiqamətində görülən işlərə, digər qabaqcıl texnologiyalarla yanaşı bu ərazilərdə elektromobillər üçün əlverişli infrastrukturun yaradılması zərurətinə diqqət çəkib. O, ölkəmizdə "yaşıl enerji" zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərin cari ildə COP29 beynəlxalq konfransının Azərbaycanda təşkili kontekstində qlobal əhəmiyyətini bir daha vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb. İşçi Qrupun 5-ci iclasında qəbul edilmiş qərarların icrasına dair İşçi Qrupun Katibliyinin hesabatı dinlənilib. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat təqdim edilib.
Həmçinin yaşıl enerji zonasında tətbiq edilən müvafiq komponentlərin resurs bazasında əks etdirilməsi ilə bağlı görülmüş işlər, işğaldan azad edilmiş ərazilərdə mənzil inşaatı, yaşayış binalarının tikintisi sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, gündəlikdən irəli gələn digər cari məsələlərlə bağlı yerinə yetirilmiş və icrası nəzərdə tutulan işlər müzakirə edilib.
İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalar Birliyinin, “Azəristiliktəchizat” ASC-nin, Mənzil İnşaatı Dövlət Agentliyinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iştirak edib.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO














