İsmayıllının Çəmənli kəndinin yolu keçilməz halda - FOTO

İsmayıllı rayonunun Çəmənli kəndinin yolu bərbad vəziyyətə düşüb.
Bu barədə Report-un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, yaşayış məntəqəsinin yoluna bu günədək asfalt örtüyü salınmayıb.
Kənd yolundakı su, palçığa görə, məktəblilər dərsə, valideynlər isə işə gedib-gəlməkdə çətinlik çəkirlər. Bundan əlavə, rayon mərkəzinə gediş-gəliş əsl problemə çevrilib.
Qeyd edək ki, bu yol rayon mərkəzindən 25 km aralıda yerləşir. Yolun 21 km-lik hissəsi İsmayıllı-Qəbələ yolu, 4 km-lik hissəsi isə kənd yoludur.
Sakinlər deyir ki, hər dəfə rayon mərkəzinə gedəndə özləri ilə əlavə ayaqqabı və paltar götürməyə məcbur olurlar: "Çünki evdən çıxıb rayona çatana qədər adamın üst-başı palçıqlı olur. Uşaqlar isə məktəbə hər gün evə palçığın içində gedib-gəlirlər və hər gün onların üst geyimləri yuyulmalı olur".
Eyni zamanda, sürücülər də bu yolda avtomobil idarə etməyin çox çətin olduğunu bildiriblər. Onların sözlərinə görə, yolun yararsız vəziyyəti avtomobillərin tez-tez sıradan çıxmasına və buna görə də əlavə xərcə düşmələrinə səbəb olur.
Çəmənli sakinləri dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, bu günə qədər yolda heç bir əməli iş görülməyib.
Məsələ ilə bağlı Çəmənli kəndinin daxil olduğu Qalacıq kənd bələdiyyəsindən "Report"un yerli bürosuna bildirilib ki, həmin kənddən vergi pulu yığa bilmədiklərinə və büdcədə lazımi vəsait olmadığına görə yola çınqıl-daş tökə bilmirlər.
Həmçinin qeyd edilib ki, sonuncu dəfə bu yolun 2-3 km-lik hissəsinə 2018-ci ildə bələdiyyə hesabına çınqıl-daş döşənib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA




























