Jurnalist Bakıda özünü maşına qəsdən çırpan şəxsləri ifşa etdi — VİDEO/FOTOLAR

Özlərini qəsdən maşına toxundurub, sürücüdən pul tələb edən adamların mövcudluğu barədə mediada, sosial şəbəkələrdə dəfələrlə yazılıb. Belə cinayət xarakterli əməllərlə məşğul olan iki şəxsi 14 yanvar 2020-ci il günorta saatlarında “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli ifşa edib.
Redaktor başına gələnləri belə nəql etdi: “Təxminən saat 13:20 radələrində Koroğlu Rəhimov küçəsində maşınımı ustadan götürüb, işə gəlirdim. Koroğlu Rəhimov küçəsindən “Elit” ticarət mərkəzinin qarşısından keçən yola çıxıb, yenicə hərəkətə başlamışdım. Avtomobillər üçün nəzərdə tutulan hərəkət zolağında iki nəfər addımlayırdı. Onlara çatanda həmin iki nəfər yolun ortasına doğru bir az da çıxdılar və maşın onların tam paralelində olanda biri yumruğu ilə avtomobilin sağ yan qapısı istiqamətində zərbə vurdu. Zərbə maşının yan sağ güzgüsünü tutdu və güzgü zədələndi. Əslində dərhal başa düşmüşdüm ki, bu adamlar özünü maşınlara çırpıb pul tələb edənlərdəndir.
Maşında kamera var və bütün proses çəkilib. Avtomobili saxlayıb, elə mövqe seçdim ki, həmin adamlar kameranın qarşısına keçsinlər, üzləri də aydın düşsün, onları tam ifşa edə bilim. Mənə çatanda “sən neynirsən” deyəndə, “bütün proses kameraya düşüb, cinayət törətmisiniz və cəzalanacaqsınız” deyəndə, ikisi də dələduzlara xas jarqonlarla “məgər biz pul tələb elədik səndən?”, “mən əlimi sağa uzadırdım ki, telefonumu qulağıma aparım, maşına dəydi” kimi çaşdırıcı variantlara əl atdılar.
Maşına zərbə vuran adamın əlinə diqqət etdim, barmaqları maşınlara özünü qəsdən çırpması səbəbindən qaralmışdı, əlinin üstündə tamamilə qaysaq bağlamış, aylardan bəri qalan yaralar vardı. Özünə də bildirdim ki, əlindəki yaralar məhz belə axmaq işləri hər gün təkrarladığına görə bu gündədir və bütün bunlar onun dələduz olduğunu isbatlayır.
Tam ifşa olunduğunu bildikləri üçün bu dəfə yalvarmağa başladı, dedi ki, guya “malyardır” və ona görə əlində köhnədən qalan yaralar var, şikayət etməyim. Onlara məhəl qoymayıb, sürüb gəldim. Həmin şəxslərin üzləri videoya düşüb, onları hüquq-mühafizə orqanlarının tapıb cəzalandırması çətin olmayacaq. Bu naqis adamlar bəlkə indiyədək neçə-neçə sürücünü şərləyib”.(Musavat.com)




Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











