Kafedə 58 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb

Qubada kafedə 58 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə yanvarın 14-də saat 16 radələrində, rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Rauf Muradov “Əfsan” şadlıq sarayının tərkibində olan kafeyə sərxoş vəziyyətdə gəlib. O, daha əvvəlcədən aralarında ədavət olan 1962-ci il təvəllüdlü Nəbi Şəfiyevin qarşısından keçərkən yerə tüpürüb və stulda əyləşib.
Daha sonra o, üzərində gəzdirdiyi cib bıçağı ilə N.Şəfiyevin boyun nahiyəsindən zərbə endirib.
Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












