Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin adları məlum olub - SİYAHI

Kəlbəcər rayonunun Çıraq kənd ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb.
Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir.
Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işləri ilə məşğul olurlarmış.
Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yusif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.
Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb.
Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
Report
28 marşrutun hərəkət sxemi dəyişdirilir - Sərnişinlərin diqqətinə!
Bu küçədə taksi duracağı ilə bağlı dəyişiklik edildi - FOTO
ADY-nin mobil tətbiqindən istifadə edənlərin sayı 400 mini keçib - RƏSMİ
“Bakı-Tbilisi-Qars” xəttinin yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb - ADY sədri
Abşeron dairəvi dəmir yolunda yeni marşrutlar açılacaq - RƏSMİ
Yük sahibləri dəmiryol ofisinə getmədən xidmətlərdən istifadə bilərlər – ADY sədri
Ağacların budanması üçün 4 ay əvvəl müraciət edib; növbə gəlib çatmayıb - ŞİKAYƏT
Azərbaycanda benzinin qiyməti bu qədər artacaq
Bu yollarda sıxlıq var - SİYAHI
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA










