“Laçın-Xankəndi yolundakı etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini göstərir” - RƏY

“Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini, nə dərəcədə inkişaf etdiyini göstərir. Laçın yolunda apardığım müşahidələr nəticəsində bu qənaətə gəldim ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının inkişafı ilə bağlı dövlət siyasəti prioritet istiqamətlərdən biri kimi uğurla tətbiq edilib”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Politoloq bildirib ki, bu gün ölkəmizin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına növbəti dəfə nümayiş etdirirlər. Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatları söhbət milli maraqlardan gedən zaman necə birlik olmağı hər kəsə yaxşı nümayiş etdirdilər. QHT-lər tərəfindən milli birlik modeli bütün dünyaya ən uğurlu şəkildə nümayiş olundu.
“İstənilən halda, bunlar qeyri-hökumət təşkilatları sahəsində aparılan islahatların nəticəsidir. Çünki bu sahədə böyük işlər görülüb, agentlik təkmilləşdirilib və QHT-lərin inkişafı üçün dövlət tərəfindən yardımlar ayrılıb. QHT sektorunda aparılan uğurlu islahatların nəticəsi bu gün özünü aydın şəkildə göstərir. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafında ardıcıl dövlət dəstəyi bu gün bəhrəsini verməkdədir”, - deyə politoloq qeyd edib.
Tural İsmayılovun sözlərinə görə, bu gün qeyri-hökumət təşkilatları bir çox sahələr üzrə uğurla fəaliyyət göstərirlər:
“Həmçinin QHT-lər şəffaflığın təmin olunmasında da mühüm rol oynayırlar. Bu gün vətəndaş iştirakçılığının genişlənməsi, QHT-lərin millətin, dövlətin taleyi üçün vacib məsələlərdə tək yumruq olması Azərbaycanda vətəndaş cəmiyyəti institutunun bütün dünyaya örnək model kimi inkişaf etdiyini söyləməyə əsas verir”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












