Martda Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 18 milyonu ötüb

Bakı metrosundan istifadə edənlərin sayı cari ilin mart ayında 18 milyon 366 min 704 sərnişin təşkil edib. Bu rəqəmin 496 min 211-i və yaxud 2,7 faizi güzəştli və ya ödənişsiz keçənlərdir. Mart ayının orta statistik gündəlik sərnişindaşıması fevral ayına nəzərən (617 min 85 sərnişin) aşağı olub - 592 min 474.
"Bakı Metropoliteni" QSC-dən Avtosfer.az-a bildirilib ki, ən çox sərnişin mart ayının 7-si daşınıb – 848 min 934. Bu rəqəm həm də cari ildə bir gün üçün ən yüksək daşıma göstəricisidir. Martın 20-si isə ən az – 272 min 984 sərnişin daşınıb.
Mart ayında 15 iş günü olub. Ayın 19-u istisna olmaqla, hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumən qeyd edilən müddətdə orta hesabla gündəlik daşıma statistikası 758 min 499 təşkil edib.
Pandemiyaya qədər son ən çox sərnişin daşınan 2019-cu, eləcə də 2023-cü illə müqayisədə mart ayında daha az (uyğun olaraq 4,5 faiz və 2,7 faiz az), 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə daha çox (12,8 faiz çox) sərnişin metropolitenin daşıma xidmətinə müraciət edib.
Eyni illərin müqayisəsində bu ilin birinci rübü üzrə daşıma statistikası isə yalnız 2019-cu ildən geri qalır. Cari ilin birinci rübündə “Bakı Metropoliteni” QSC ilə 53 milyon 514 min 865 sərnişin daşınıb. Pandemiyadan sonra sərnişin artımı müşahidə olunsa da, birinci rüblərin müqayisəsində 2019-cu ildən gerilik 3,8 faiz təşkil edir. Lakin 2022-ci ilin ilk üç ayından 17,3 faiz, 2023-cü ilin eyni dövründən isə 1,6 faiz çox sərnişin daşınıb.

Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












