Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır - AÇIQLAMA

Avtomobil oturacağının isidilməsi kişi sonsuzluğuna səbəb ola bilər. Avtosfer.az xəbər verir ki, avtomobil oturacağının isidilməsindən tez-tez istifadə etmək kişi reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər. Rusiyalı androloq Yelena Novikovanın sözlərinə görə spermanın keyfiyyəti bir çox amillərdən, o cümlədən temperatur rejimindən də asılıdır. "Cinsiyyət orqanları üçün optimal istilik səviyyəsinin pozulması sperma hüceyrələrinin aktivliyini azaldır və onların quruluşunda dəyişikliklər yaradır. Oturacaq isidiciləri uzun müddət aktiv olduqda, yerli temperatur normadan artıq qalxır və bu, spermatozoidlərin həyat qabiliyyətini azaldır," - deyə mütəxəssis bildirib.
Novikova əlavə edib ki, noutbuku diz üstündə saxlamaq, sıx və sintetik alt paltar geyinmək, eləcə də saunada uzun müddət qalmaq da eyni nəticəyə gətirib çıxara bilər.
Həkim bildirir ki, kişi sonsuzluğu ilə bağlı erkən mərhələlərdə vəziyyəti dəyişmək mümkündür. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq, bədən çəkisini normada saxlamaq, idmanla məşğul olmaq və zülal, sink, selenium, C və E vitaminləri ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur (milli.az).
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycanın 30 illik suveren Vətən mübarizəsinin nəticəsi – 8 Noyabr ZƏFƏR GÜNÜ












