Banner

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - FAKTİKİ HAVA

Xəbərlər 8 Noyabr 2026 16:55
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - FAKTİKİ HAVA
WhatsApp kanalımıza abunə olun

Noyabrın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Goranboyda arabir yağış, Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Sarıbaşda (Qax) isə qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrədək güclənir.

***

Noyabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərə - Daşkəsən, Kəlbəcər və Şahdağa isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 3, Kəlbəcərdə 2 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Maştağada 18, Binədə 12, Bakıda 11, Sumqayıtda 4 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:

Şahbuz, Sarıbaşda (Qax) 12, Naxçıvan, Ordubad, Sədərək, Zaqatalada 9, Gədəbəy, Ağstafada 8, Şərur, Culfada 7, Xaçmazda 6, Qubada 5, Qusar, Balakəndə 4, Lerikdə 3, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Nefçalada 2, Naftalan, Ceyrançöl, Şəki, Oğuz, Şamaxı, Qobustan, Xızı, Xaltan, Qrız,Tərtər, Bərdə, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Şabran, Sabirabad, Saatlı, Ağdam, Goranboy, Biləsuvar, Astara, Yardımlıda 1 mm-dir.

Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə də arabir yağış yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Mingəçevirdə 28, Bakıda və Abşeron yarımadasında 26, Goranboyda 23, Naftalanda 22, Şabran, Tərtərdə 18 m/s-dək güclənir.

Şərur, Daşkəsən, Göygöl, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Oxunub : 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh