Banner

Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB

Avtoxəbər 6 Noyabr 2026 21:10
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
WhatsApp kanalımıza abunə olun

Avtomobil alarkən onun qiyməti ilə yanaşı, sonrakı illərdə yaranacaq xərcləri də nəzərə almaq vacibdir. Çünki bəzi avtomobillərin texniki xidməti, təmiri və ümumi saxlanılması digərləri ilə müqayisədə xeyli baha başa gəlir.

Avtosfer.az xəbər verir ki,  "Bumper" şirkəti 11 məşhur avtomobil markasının beşillik orta sahibolma xərclərini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, ən çox xərc tələb edən marka "Lexus"dur.

Bu avtomobillərə beş il ərzində sahib olmağın orta xərci 71.692 dollar təşkil edir. İkinci yerdə 62.343 dollarla "Ford", üçüncü yerdə isə 49.956 dollarla "Toyota" qərarlaşıb.

Siyahıda sonrakı yerləri "Dodge" (48 618 dollar), "Jeep" (47.910 dollar), "Honda" (44.429 dollar), "Subaru" (44.310 dollar) və "Tesla" (42.193 dollar) tutur.

Ən az xərc tələb edən avtomobil markaları isə "Kia", "Nissan" və "Mitsubishi" olub. Beşillik orta sahibolma xərci "Kia" üçün 38.999 dollar, "Nissan" üçün 37.550 dollar, "Mitsubishi" üçün isə 37.440 dollar hesablanıb.

Mütəxəssislərin araşdırması göstərir ki, avtomobilin alış qiymətinin münasib olması onun uzunmüddətli istifadəsinin də sərfəli olacağı anlamına gəlmir.

Buna görə də avtomobil seçərkən yalnız satış qiymətinə deyil, gələcəkdə yaranacaq ümumi xərclərə də diqqət yetirmək lazımdır.

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh